Putin avqustda Fransaya gedəcək - Kreml də təsdiq etdi

14:51 28.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransa Prezidenti Emmanuel Makron ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş olacaq.

Hafta.az TASS-a istinadən bildirir ki, bu barədə Fransa Prezidenti BFM telekanalının canlı efirində jurnalistin sualını cavablandırarkən məlumat verib.

Emmanuel Makron qeyd edib ki, görüş avqustun 19-da Prezidentin yay iqamətgahı olan “Fort de Bregancon”da keçiriləcək.

Rusiya Prezidentinin avqust ayının ikinci yarısında Fransaya səfər edəcəyini Kremldən də təsdiqləyiblər.

Belə ki, Kremlin mətbuat xidmətinin bu barədə yaydığı xəbərdə deyilir: "Vladimir Putinin göstərilən müddətdə Fransaya səfəri işlənilir".